İraqda şiə özünümüdafiə dəstələri Mosulla Suriyanın Rakka şəhərini birləşdirən yolu nəzarət altına alıblar.
Unikal.org-un "AP agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə özünümüdafiə dəstələri nümayəndəsi Cəfər Hüseyni bildirib.
Mosulun terrorçu İŞİD qruplaşmasından azad edilməsi əməliyyatı oktyabrın 17-də başlayıb.
Əməliyyatda İraq ordusu, Kürd peşmərgə birləşmələri, yerli özünümüdafiə dəstələri və ABŞ-ın rəhbərliyi altında beynəlxalq hərbi-hava qüvvələri iştirak edir.
Xatırladaq ki, Mosul şəhəri 2014-cü ilin iyunundan İŞİD-in nəzarətinə keçib.