Liviya sahillərində Aralıq dənizində miqrantları daşıyan qayıq batıb.

Unikal.org-un RaiNews24 telekanalına istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 12 miqrant boğularaq ölüb.

Xilasedici əməliyyat zamanı 29 nəfər xilas edilib. İtkin düşənlərin olduğu bildirilir.

Beynəlxalq Miqrasiya Təşkilatının hesablamalarına əsasən, ilin əvvəlindən təxminən 3 min nəfər qeyri-qanuni yolla Avropaya keçməyə cəhd edərkən Aralıq dənizində həyatını itirib.