Bakının əsasprospektlərindən birində yük maşını xarab olub, yolda tıxac yaranıb.

Unikal.org xəbər verir ki, Bakı Nəqliyyat Agentliyindən (BNA) Milli.Az-a verilən məlumata görə, hazırda paytaxtın Heydər Əliyev prospektində (metronun "Koroğlu" stansiyasından şəhər istiqamətində) tıxac var. Səbəb prospektin sağ kənar yolun üzərindəki tuneldə "KamAZ" markalı yük avtomobilinin xarab olaraq qalmasıdır.

Şəhərin digər küçə və prospektlərində isə avtonəqliyyat vasitələrinin normal hərəkəti müşahidə edilir.