Azərbaycan əsilli rusiyalı biznesmen, "Lukoyl" şirkətinin prezidenti Vahid Ələkəbərov dünyanın ən zəngin 124-cü adamıdır.
Unikal.org-un məlumatına görə, modern.az saytı "Forbes" jurnalına istinadən xəbər verir ki, Ələkbərovun 2016-cı il üçün şəxsi sərvəti 8,9 milyard dollar təşkil edib. Onun varidatı 2015-ci illə müqayisədə 3,3 milyard dollar azalıb.
"Forbes" jurnalı Vahid Ələkbərvun dünyanın ən perspektivli neft yataqlarından olan İraqdakı "Kurna-2" yatağına sahib olduğunu və 2016-cı ildə "Lukoyl"un bu yatağı istismar etmək üçün 1,5 milyard dollar xərcləyəcəyini bildirib.
Bundan başqa, qeyd edilib ki, Putinin dostu olmamasına və prezidentin yaxın çevrəsində yer almamasına baxmayaraq, Vahid Ələkbərov da 2014-cü ilin sentyabrında Amerikanın sanksiyaları ilə üzləşib.
Vahid Ələkbərov "Lukoyl"dakı səhmlərini oğlu Yusifə vermək istir, amma onun qarşısında şərt qoyaraq, heç bir halda səhmlərini satmayacağı ilə bağlı iltizam alıb. Ələkbərov "Lukoyl"un ailə şirkəti olaraq qalmasını istədiyini deyib.