İtaliyalı iş adamlarından ibarət nümayəndə heyəti Azərbaycana gələcək.

Unikal.org xəbər verir ki, bu barədə Trend-ə İtaliyanın Bakıdakı səfiri Campaolo Kutillo məlumat verib.

Səfirin sözlərinə görə, iş adamları noyabrın 7-8-də Bakıya səfər edəcək İtaliyanın xarici işlər naziri Paolo Centilonini müşayiət edəcək.

Nazir Bakıda bir sıra yüksək səviyyəli görüşlər keçirəcək, siyasi və iqtisadi əlaqələrin möhkəmləndirilməsi məsələlərini müzakirə edəcək.