Ölüm bir göz qırpımında insan həyatının sona çatmasıdır. Lakin bəzi insanlar bu fikrin doğru olmadığını sübut ediblər.

Ölümündən sonra dirilən, yaşadığı faciələrlə rekordlar kitabına düşməyi bacaran insanların taleləri hamıda maraq doğurur. Bu insanlar həyatda möcüzənin var olduğuna ən böyük sübutdur.

Unikal.org heç bir yaşam şansı olmadan dirilən insanların həyat hekayələrini təqdim edir:

Uels sakini Aleks Cons 6 aylıq hamilə olarkən uşağını itirmək təhlükəsiylə üzləşib. Həkimlər 3 həftədir ki körpənin ürəyinin döyünmədiyini bildiriblər. Növbəti müayinədən sonra 21 yaşlı Aleksin məcburi doğuş etməsi barədə qərar qəbul edilib.



"Həkimlər uşaqda heç bir ürək döyüntüsü əlamətləri olmadığını deyəndə şoka düşdüm. Sonra isə hər kəs onun nəfəs almasına təəccübləndi, -deyə Aleks bildirib.



Belə bir hadisəyə heç həs inana bilməyib. Hətta uşaq nəfəs aldıqdan sonra da həkimlər onun yaşamaq üçün şansı olmadığını deyiblər.



"İndi sadəcə Koenin yaşaması məna daşıyır. Mən həmişə onu möcüzə-uşaq hesab edəcəyəm, -deyə Aleks Cons qeyd edib.


2011-ci ilin noyabrında həkimlərin ölümünü qeydə aldığı Lyudmila Steblitskaya həyata qayıdıb.



61 yaşlı Lyudmila ağır vəziyyətdə reanimasiyaya çatdırılıb. Bir müddət sonra həkimlər qızı Anastasiyaya anasının ölməsi barədə xəbəri çatdırıblar. Təqaüdçünün meyiti morqa yerləşdirilib. Qohumlarına isə bildirilib ki, meyiti yalnız bayramdan sonra götürə bilərlər.



3 gündən sonra qadın dirilib. Özü də bu, həkimlər meyiti yarmağa hazırlaşarkən baş verib. Ürək xəstəliyindən əziyyət çəkən təqaüdçü xəstəxana palatasında huşunu itirdiyini və morqun dondurucu kamerasında soyuqdan ayıldığını xatırladığını qeyd edib.




ABŞ-ın Missuri şəhərində 32 yaşlı müəllimə Erika Migrelli dərs zamanı özünü pis hiss edib. 3 həftə sonra doğum etməli olan Erika xəstəxanaya çatdırılıb. Həkimlər onun ürəyinin dayandığı qeydə alıblar.



Təcili olaraq əməliyyata salınan Erikanın övladını xilas etmək üçün gərgin iş başlayıb. Həkimlərin təəccüblərinə rəğmən, Erikanın qızı sağlam dünyaya gəlib.



Körpəyə başı qarışan həkimlərdən biri Erikanın ürək döyüntülərinin bərpa olunduğunu görüb. Qadının nəfəs alması da qaydasına düşüb.



Bu, tarixdə görünməmiş bir haldır: Erika ölüb, uşağını dünyaya gətirib və dirilib.


2013-cü ilin avqustunda ABŞ-ın Ohaya ştatından olan Toni Yahl kliniki ölüm keçirib. Onun ürəyi 45 dəqiqə döyünməyib.



Toninin həmin vaxt 18 yaşı olan oğlu Lourens atasının meyiti palatadan çıxarılarkən qəfil qışqırıb: "Ata, sən ki bu gün ölməyə hazırlaşmırsan!.



Təsadüfmü olub ya möcüzəmi Yahl oğluna "cavab verib: o, həyat əlamətləri nümayiş etdirib. Təəccüblənən həkimlər onu həyata qaytarmağa çalışıblar.



Kardioloq Raca Nazir qeyd edib ki, heç vaxt belə bir halla rastlaşmayıb: "20 illik təcrübəm ərzində görməmişəm ki, ölüm qeydə alaq və həmin şəxs dirilsin.




7 dəfə ildırım vuran Roe Sallivan Ginnesin rekordlar kitabına düşüb. Onun "ildırım cazibəsi özünü müxtəlif vəziyyətlərdə 1942, 1969, 1970, 1972 və 1973-cü illərdə göstərib.



1942-ci ildə ildırım Roenin ayağından vurub. Bu zaman baş barmağında dırnaq ayrılıb. 1969-cu ildə dağ gəzintisi zamanı yenidən ildırım vuran Roenin qaşsız qalıb və huşunu itirib.

1970-ci ildə ildırım vurması sol çiynindən travma almasına səbəb olub, bu zaman əlləri iflic olub. 1972-ci ildə ildırım vurması nəticəsində Sallivanın saçları yanıb.



1973-cü il avqustun 7-də Roe maşınla gedərkən ildırım onu başından vurub. Nəticədə onun saçları yenidən yanıb.



1976-cı il iyunun 5-də Roeni yenidən ildırım vurub. O, topuğundan ağır zədə alıb. 1977-ci il iyunun 25-də ildırım Sallivanı döş qəfəsi və qarın nahiyəsindən aldığı yanıq xəsarətləri ilə xəstəxanaya "göndərib.