İndi dünya siyasətini diktə edən liderlər arasında göz həkimi, barmen, hətta kəşfiyyatçı belə olub.
Dünyanın siyasi arenasında sözlərini deməyə çalışan dövlət başçılarının cavanlıqda nə işlə məşğul olduqları hər kəs üçün maraqlıdır. Bəzi dövlət başçılarının gənc yaşlarında siyasətdən kifayət qədər uzaq olub.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, onların bəziləri hərbçi, kəşfiyyatçı, göz həkimi, bəziləri isə tamam başqa sahədə fəaliyyət göstəriblər.
İngiltərənin baş naziri Devid Kameron Oksforddakı Brasenose Kollecindən məzun olub. Kameron kolleci bitirdikdən sonra sağçı partiyalarla bağlı araşdırmalar aparıb. Sağçıların mərkəzi ofisində çalışqanlığı ilə tanınan Kameron, məktəbdə gecə həyatına meyilli olub. Çox sərt davranışları ilə tanınan baş nazirin ətrafındakı insanların əksəriyyəti içki içmələri və pis rəftarları ilə ad qazıblar. Amma o keçmişi barədə danışmağı həmişə rədd edib.
İngiltərənin baş naziri Devid Kameron gənclikdə və indi
Devid Kamerondan fərqli olaraqRusiyaprezidenti Vladimir Putiningecə həyatı barədə məlumat olmasada onun indi olduğu kimi cavanlıqda da işə həvəsli olduğu bildirilir.
Sankt-Peterburq Dövlət Universitetindən məzun olduqdan sonra Putin xüsusi xidmət orqanlarında işləyib. Putin müdir katibi, kəşfiyyatçı, təlimçi vəzifələrində çalışıb. 10 ildən çox müddətdə kəşfiyyat zabiti kimi fəaliyyət göstərib. Bu vəzifədə çalışdığı üçün onun gənclik illəri ilə bağlı daha çox məlumat əldə etmək mümkün deyil. Amma universitet illərindən cüdo ilə maraqlandığı bildirilir.
Vladimir Putin gənclikdə və indi
ABŞ prezidenti Barak Obamada gəncliyi rəngarəng olub. Obama cavanlıqda sipirtli içki və narkotik vasitələrdən istifadə edib. 1983-ci ildə Kolumbiya Universiteti siyasət elmlər fakültəsindən məzun olan ABŞ prezidenti 1988-ci ildəHarvard Univeristetininhüquq fakültəsinə qəbul olub. Obamanın müsəlman olduğu deyilsədə, onun gənc yaşlarından Çikaqodakıkilsələrdən birinə üzv olduğu bildirilir.
ABŞ prezidenti Barak Obama
Putin və Obamanın həyatının bir hissəsi siyasətlə bağlı olsa da, hazırda dünyanın siyasi səhnəsində inadkalığı ilə seçilən Suriya lideri Bəşər Əsəd haqında bunu demək olmaz. Dəməşq universitetinin tibb fakültəsində oxuyan Əsəd 1988-ci ildə məzun olub. Prezident Dəçəşqdən kənarda yerləşən xəstəxanalardan birində göz həkimi işləyib. Bəşər Əsədin gəncliyinin çox hissəsi Londonda keçib. Amma böyük qardaşı avtomobil qəzasında öldükdən sonra Suriyaya qayıtmaq məcburiyyətində qalıb. Ölkəni idarə elməklə bağlı planları olmayan Əsəd atası HafizƏl-Əsədin dövləti idarə etməklə bağlı təklifini qəbul edib.
Suriya prezidenti Bəşər Əsəd
Bəşər Əsəd Dəməşqdə göz həkim işləyən zamanlarda İsrailin baş naziri Benyamin Netanyahu yeni ərazilər barədə planlar qururmuş. Cavanlıqdan İsrail müdafiə qüvvələrində işləyən Netanyahu İsrailin Suriya ərazilərində keçirdiyi əməliyyatlarda iştirak edib. 1972-ci ildə isə qaçırılan sərnişin təyyarəsini terrorçuların əlindən ala bilib.
İsrailin baş naziri Benyamin Netanyahu
Bəşər Əsəd kimi Almaniyanın ilk qadın baş naziri Angela Merkeldə siyasətə təsadüfən gələnlərdəndir.Merkel gənclik illərində barmen işləyib. İlk həyat yoldaşı Ulrix ilə Leipzig Universitetində fizika dərsində tanış olub. 974-ci ildə tanış olan cütlük 1977-ci ildə evlənmək qərarına gəlib. Merkel ilk yoldaşından 1982-ci ildə boşanıb.
Almaniyanın baş naziri Angela Merkel
Hazırda dünyada yeritdiyi qapalı və qəddar siyasəti ilə ad qazanan Şimali Koreya lideri Kim Çin Inın apardığı siyasət kimi həyatı barədə də yetərli məlumat yoxdur. Yalnız onun İsveçrədə təhsil aldığı deyilir. Bu isə tam dəqiqliklə sübuta yetirilməyib. Onun doğum tarixi belə dəqiq deyil. Ancaq onun gənc yaşlarında basketbolla maraqlandığı bildirilir.
Şimali Koreya lideri Kim Çin In
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan indi olduğu kimi cavanlqda da ölkənin siyasi və ictimai həyatında fəal iştirak edib. Onun hobbisi isə futboll oynamaq olub. Ərdoğan siyasi fəaliyyəti dövründə bir neçə dəfə həbs yaşayan liderlərdəndir.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan
Dünya liderləri arasında inqilabi ruhda yetişənlərdən biri də İranın dövlət başçısı Həsən Ruhani olub. O, Tehran universitetində məhkəmə hüququ təhsili aldıqdan sonra, şah əlehdarı, İran inqilabının lideri Ayyətullah Xomeyninin təşkil etdiyi etirazlara qoşulub. Daha sonra Ruhani Fransaya sürgün edilən Xomeyniyə dəstək olmaq üçün ölkəni tərk edib. Ruhani kəskin inqilabi fikirlərində görə bir neçə dəfə həbs həyatı yaşayıb.
İran prezidenti Həsən Ruhani
Maraqlıdır ki, hazırda qərblə münasibətləri tam normallaşmayan İran lideri Avropa təhsillidir. Şotlandiyada təhsil alan Ruhani fars, ingilis, ərəb, rus və alman dillərində danışa bilir. Hazırda onun bu təhsili özündən çox İran xalqının işinə yarayır. Çünki müasir düşüncəli İran lideri millətinin dünya xalqları içərisində inamla addımlaması üçün illərdir ki, davam edən nüvə danışıqlarının sülhlə başa çatdırılmasına razılıq verib. Hazırda İran bu lider sayəsində dünyaya qapılarını yenidən açır.