Türkiyənin Diyarbəkir vilayətinin Bağlar rayonunda Polis İdarəsinin partladılması nəticəsində 8 nəfər ölüb.
Unikal.org-un xəbərinə görə, bu barədə baş nazir Binəli Yıldırım jurnalistlərə bildirib. Baş nazir ölənlərdən 2 nəfərin polis, 6 nəfərin mülki şəxs olduğunu deyib. Onun sözlərinə görə, 100-dən çox insan yaralanıb.
***
Türkiyənin Diyarbakır vilayətinin Bağlar mahalında partlayış olub.
Unikal.org xəbər verir ki, hadisə yerinə çoxlu sayda təcili tibbi yardım maşınları cəlb edilib.
Hadisə nəticəsində 1 nəfər ölüb, 30 nəfər xəsarət alıb.
***
Diyarbakır vilayətinin Bağlar mahalında partlayışı PKK törədib. Partlayış nəticəsində 1 yerli sakin, 1 polis və 50 nəfər yaralanıb.



