Sabiq MTN generalı Akif Çovdarovla bağlı maraqlı məlumat əldə etmişik.

Unikal.org bildirir ki, Rusiyadakı etibarlı mənbələrdən Lent.az-a daxil olan məlumata görə, bir vaxtlar Rusiyanın Sverdlovsk vilayətinin Serov şəhərində taxta emalı və satışı ilə məşğul olan general orada özünə şirkət də qurubmuş.

Mənbənin dediyinə görə, bu şirkətin adı "Krot-Professional olub. Şirkət taxta emalı və satışı, habelə mebel istehsalıyla məşğul olub. Yeri gəlmişkən, "Krot azərbaycanca "köstəbək deməkdir. Heç kimə sirr deyil ki, xüsusi xidmət orqanı əməkdaşlarının tez-tez müraciət etdikləri ləqəblərdən biri də "köstəbəkdir.
Yeri gəlmişkən, Çovdarovun Servodakı taxta emalı zavodu qarşısındakı fotoları da var. Həmin fotolarda onun yanındakıların kimliyi isə bizə məlum deyil.