Bu gecə Səlahəddin Dəmirdaş və 11 HDP millət vəkilinin həbsi, ardınca Diyarbəkirdə baş verən terror aktı Türkiyədə dolların məzənnəsinə ciddi təsir edib.
Unikal.org xəbər verir ki, dollar səhər saatlarında yeni tarixi rekorda - 3.1375 lirəyə qalxıb. Avro isə 3,4812 lirəyə bərabər olub.
Birjalar da günə 1,14 faiz dəyər itirməklə başlayıblar.
Yerli ekspertlər dolların məzənnəsində baş verən artımın davam edə biləcəyini deyiblər.
"Mövcud xəbər axını, siyasi və geopolitik vəziyyət çərçivəsində lirənin oynaması davam edə bilər. Dolların məzənnəsinin artma ehtimalı böyükdür, - ekspert Ənvər Ərkan deyib.