Türkiyədə daha bir partiyanın lideri saxlanılıb.
Unikal.org Türkiyə mediasına istinadən xəbər verir ki, saxlanılan şəxs Demokratik Bölgələr Partiyasının (DBP) həmsədri Səbahat Tucəldir. Məlumata görə, bir qrup partiya liderləri Diyarbəkir Prokurorluğuna gətirilən HDP millət vəkillərinə dəstək olmaq üçün binanın qarşısına toplaşıblar.
Polisin dağılmaq əmrinə tabe olmayan DBP həmsədri Səbahat Tuncəl və daha 10 nəfər partiya nümayəndəsi saxlanılıb.