Aysberqlə toqquşma nəticəsində batan "Titanik"in faciəvi tarixi barədə çoxlu əsərlər yazılıb, film çəkilib. Hətta, bu film "Oskar" mükafatına da layiq görülüb. 1912-ci ilin aprelində batan gəmidə 1000-dən çox insanla yanaşı, maraqlı əşyalar da okeana qərq olub.

Unikal.org 
həmin əşyaları təqdim edir:

1. Elektrik vannalar- tibbi baxımdan xeyirli olan bu vannalardan qadınlar səhər, kişilər axşam istifadə edirdilər. Ondan istifadə üçün 1 dollar ödənilirdi.


2. Tiryək -məlumata görə, gəminin göyərtəsində 4 tiryəklə dolu yeşik olub.


3. Dəyərli rəsm əsəri- fransız rəssamı Merri Jozefa Blondel tərəfindən çəkilmiş yarıçılpaq qadın rəsmi biznesmen Xokan Byurnstörm Stefanson tərəfindən 100 min dollara alınıb. Faciədən sağ qalan biznesmen ona dəymiş ziyana görə "Titanik" təsisçiləini məhkəməyə verib.


4. Marmelad hazırlayan maşın- 27 yaşlı qadın özü ilə meyvələrdən marmelad hazırlamaq üçün götürmüşdü.


5.Türk hamamı- yalnız VİP qonaqların istifadə üçün nəzərdə tutulurdu.


6. Cenni adlı pişik- sərnişinlərin yüklərini siçan və siçovullardan qorumaq üçün hər bir gəminin özünün bəslədiyi pişiyi olur. Cenni də "Titanik"in talismanı sayılırdı.


7. Jozef Konratın əl yazması -gəmidə İngiltərədən ABŞ-a çatacaq 1000-dən çox məktub var idi. Onlar arasında məşhur yazıçı Konratın əsəri də olub.