Avstraliyalı supermodel Miranda Kerr ötən ildən görüşdüyü biznesmen sevgilisi Even Şpigel ilə münasibətləri ciddiləşdirmək istəyir.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, bir uşaq anası olan model ikinci dəfə ana olmaq arzusundadır.
"Bu ilin yayında Even mənə evlilik təklifi etdi və mən də "hə" dedim. Artıq toy hazırlıqlarına başlamışıq. Mənim bir oğlum var, amma mən daha bir övlad dünyaya gətirmək istəyirəm", - deyə Kerr bildirib.