Cinsini dəyişdirən keçmiş aktrisa Rüzgar Erkoçlar internetdə yayımlanan "Rüzgara karşı" verilişində fərqli obrazda görünüb.

Unikal.org-un türkiyə mətbuatına istinadən məlumatına görə, Rüzgar verilişdə ona verilən tapşırığı yerinə yetirmək üçün dilənçi obrazında olub. O, yoldan keçənlərdən pul istəyib. Üzərindəki Türkiyə futbol millisinin formasını satan Rüzgar 10 avro yığa bilib. Erkoçlar sonda bunun onun üçün ən çətin tapşırıq olduğunu deyib.