Əfqanıstanın şimalındakı Faryab vilayətində bir toya minatanla atəş açılıb.
Unikal.org Milliyet-ə istinadən bildirir ki, nəticədə 11 sakin dünyasını dəyişib.
Aralarında qadınların da olduğu 12 nəfər isə ağır yaralanıb.
Mərminin "Taliban" və ya "Taliban"a qarşı hərbi əməliyyatlar keçirən təhlükəsizlik qüvvələri tərəfindən atılması səsləndirilən iddialar sırasındadır.
"Taliban" ikinci versiyanı təsdiq edərək, mərminin onlar tərəfindən atılması iddiasını inkar edib.