Pakistan "National Geographic jurnalının üz qabığında fotosu dərc edilən "Əfqan qızı Şərbət Qulunu noyabrın 7-də deportasiya edəcək.
Unikal.org BBC-yə istinadən xəbər verir ki, Ş.Qulu saxta sənədlə Pakistan ərazisində qaldığı üçün 15 sutka həbsdə saxlanılıb, 1 100 dollar məbləğində cərimələnib.
Əfqanıstan hakimiyyəti bildirib ki, ölkə prezidenti Əşrəf Qəni Əhmədzayonu şəxsən qarşılayacaq.
Məlumata görə,40 yaşlı Şərbət Qulu noyabrın 3-dən xəstəxanada Hepatit C virusundan müalicə olunur.
Qeyd edək ki, Ş.Qulu fotosu 1985-ci ildə "National Geographic" jurnalının üz qabığında dərc edildikdən sonra məşhurlaşıb. Həmin fotonun müəllifi jurnalist Stiv Makkaridir. Şəkil Əfqanıstanda qaçqın düşərgəsində çəkilib və jurnalda "Əfqan qız" adı ilə dərc edilib. Fotonun müəllifi amerikalı fotoreportyor Stiv Makkaridir.(report)