Çində "Xiaomi Mi Mix smartfonlatının satışlarına start verilib.

Unikal.org "vistanews.ru saytına istinadən məlumatına görə, ilk partiyanın bütün cihazları cəmi 10 saniyəyə satılıb ki, bu da şirkət üçün mütləq rekord hesab olunur.

"Xiaomi Mi Mix 4 GB əməliyyat yaddaşı olan standart versiyalı smartfonlarının qiyməti 515 dollar təşkil edir. 6 GB əməliyyat yaddaşı olan və əl izləri skaneri olan versiyasının qiyməti isə 593 dollara satılır.

Növbəti partiya smartfonlartın satışı isə noyabrın 8-də baş tutacağı gözlənilir.

Mütəxəssislər təxmin edir ki, yeni rekord qeydə alına bilər. Çünki "Xiaomi Mi Mix smartfonları məhdud partiyalarla satışa çıxarılacaq və ayda cəmi 10 min ədəd təşkil edəcək.