Çilidə 6,3 bal gücündə zəlzələ baş verib. 

Unikal.org-un Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Talka şəhərindən 116 km aralıda yerləşib.

 Məlumata əsasən, zəlzələ paytaxt Santyaqo şəhərində hiss olunub. Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir.