Cənubi Koreyanın "Samsung şirkəti ABŞ-dakı 2,8 milyon paltaryuyan maşını geri çağırıb.
Unikal.org-un "Slon.ruya istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-ın İstehlak Məhsullarının Satışının Təhlükəsizliyinə dair Komissiyanın (CNBS) məlumatında bildirilir.
Şirkətə paltaryuyan maşınların yüksək vibrasiya ilə bağlı qəza şəraiti yaratdığına dair 700 şikayət daxil olub.
Xidmətin məlumatına görə, baş vermiş qəzalar nəticəsində 9 nəfər travma alıb.
Qeyd olunur ki, "Samsungun 2011-2016-cı illərdə satılan 34 modeli geri çağırılıb. Bu isə 2, 8 milyon paltaryuyan maşın deməkdir.
CNBS-in məlumatına görə, bəzi müştərilər şirkəti məhkəməyə verib.