Dünyanın ən populyar mobil messenceri sayılan WhatsApp-da narkotik maddələrin və narkomaniyanın kütləvi, genişmiqyaslı reklamı müşahidə olunur.
Unikal.org Gizmodo-ya istinadən bildirir ki, istifadəçilərə anonim mənbələrdən narkotik maddələrin reklamları göndərilir. Reklamlar, əsasən, postsovet məkanı ölkələrindədir.
Mətndə psixoaktiv maddələrin əsas növləri sadalanandan sonra yazılıb: "Bu maddələri TOR-dakı saytda almaq olar. "Kölgə interneti" müştərilər üçün tam moderasiyanı, şifrələnməni, anlaşmanın reallığını və ödəniş həyata keçiriləndən sonra narkotik maddələrin qoyulduğu yerin ünvanının çatdırılmasını təmin edir".