İraqın Mosul şəhərində İŞİD terror qruplaşmasının terrorçuları 1600 dinc sakini girov götürüb. 

Unikal.org-un  "İnterfaks agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə BMT-nin məlumatında deyilir. İraq ordusu və beynəlxalq koalisiya qüvvələrinin endirdiyi hava zərbələri zamanı terrorçular yerli sakinlərdən "canlı qalxan kimi istifadə edir. 
Məlumata görə, şəhərdə kütləvi edam halları davam edir. Noyabrın 3-də Mosulda 180 sabiq dövlət qulluqçusu və 200 dinc sakini edam edilib. 
Həmçinin terrorçular 9-10 yaşlı uşaq-kamikadzeləri terror aktlarının həyata keçirilməsinə cəlb edir.