"Oskar"lı aktrisa Şarliz Teron bu günlərdə övladlığa götürdüyü uşaqları ilə gəzintiyə çıxıb.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, o, 4 yaşlı oğlu Cekson və qızı Avqustla "Hellouin əyləncəsinə gedib. Aktrisa oğlu Ceksona qız libası geyindirib. Çəhrayı ətəklə qızdan seçilməyən Ceksonun bu görüntüsü sosial şəbəkə istifadəçiləri tərəfindən də birmənalı qarşılanmayıb. Amma daha öncə də oğluna qız libasları geyindirən Teron bu tənqidlərə əhəmiyyət verməyib.