Rusiyanın Omsk vilayətində fərdi kolleksioner bir butulka mineal suyu 10 min rubla (təxminən 156 dollar) satışa çıxarıb.
Unikal.org virtualaz.org-a istinadən xəbər verir ki, "Omsk â„– 1 mineral suyunun bu cür bahalı olmasının səbəbi onun ötən əsrin 80-ci illərində doldurulmasıdır. Üstəlik Sovet Azərbaycanının 60 illik yubileyi münasibətilə. Bu səbəbdən suyun üzərində "Sovet Azərbaycanı-60 il yazılıb.
Suyun sahibi bildirir ki, butulka metal qapaqla örtülüb və suda çöküntü yoxdur. "Hazırda iki butulka belə su var. Ola bilsin nəinki təkcə Rusiyada, heç dünyada bu sudan qalmayıb-kolleksiyaçı bildirir.