Hindistanda 4 nəfərin təcavüzünə uğrayan qadın başına gələnləri jurnalistlərə danışıb.
Unikal.org Türkiyə mətbuatına istinadla bildirir ki, qadın 4 nəfərin onu meşədə zorlamasından bəhs edib.
"Ərimin dostu olduğunu söyləyən 4 nəfər evimizə gəldi. Mənə ərimin qəza keçirdiyini söylədilər. Onlara inanıb kişilərlə getdim. Onlar məni kimsəsiz məkana apararaq zorladılar. Məni videoya çəkdilər. Başıma gələnləri kiməsə danışsam, uşaqlarımı öldürəcəklərini dedilər.
Bir neçə ay sonra başıma gələnləri ərimə danışdım. Ərim dedi ki, polisə gedək, onları tapsınlar. Polisə getməklə həyatımın ən böyük səhvini etdim. Polis mənə elə suallar verdi ki, şikayətimi geri götürdüm. Hətta, polisin biri məndən hansı təcavüzkarın daha çox zövq verdiyini soruşdu. Dəhşətə gəlmişdim".