Türkiyədə Xalqların Demokratik Partiyası (HDP) ilə əlaqəli iki kürd təşkilatının liderləri saxlanılıb.
Unikal.org-un xəbərinə görə, bu barədə "RİA Novostiyə HDP-nin mətbuat xidmətindən bildirilib.
Qeyd edək ki, Regionların Demokratik Partiyası HDP ilə əlaqəlidir və faktiki olaraq onun regional qoludur. Partiya ölkənin cənub-şərqində bir neçə bələdiyyə və bələdiyyə şurasında təmsil olunub.
Demokratik Cəmiyyət Konqresi kürd ictimai hərəkatlarını birləşdirən ictimai təşkilatdır.
Xatırladaq ki, noyabrın 4-nə keçən gecə Türkiyədə Demokratik Cəmiyyət Konqresi həmsədrləri Səlahəddin Demirtaş və Figen Yüksək daxil olmaqla partiya üzvü olan 12 millət vəkili saxlanılıb.