Türkiyədə Xalqların Demokratik Partiyası (HDP) parlamentdə fəaliyyətini dayandırıb.
Unikal.org-un Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, HDP bu gün bu barədə qərar qəbul edib.
Qeyd edək ki, terror fəaliyyəti ilə bağlı aparılan istintaq çərçivəsində partiyanın iki həmsədri də daxil olmaqla, HDP-nin 9 deputatı həbs edilib. HDP Türkiyə Böyük Millət Məclisində deputatlarının sayına görə üçüncü partiyadır.