Türkiyənin Adana şəhərində keçirilən etiraz aksiyası zamanı təhlükəsizlik qüvvələrinə atəş açılıb, bir polis ölüb.
Unikal.org-un NTV telekanalına istinadən verdiyi xəbərə görə, insident Çukurova prospektində qeydə alınıb.
İnsident zamanı nümayişçilərin açdığı atəş nəticəsində bir polis əməkdaşı ağır yaralanıb. O xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.