Dünyada asan kimi görünən  lakin, öhdəsindən hər adamın gələ bilməyəcəyi işlər vardır.

Unikal.org xarici mətbuata  istinadən belə işlərdən bəzilərini təqdim edir:


Soxulcan yığmaq - daha çox Kanadada rast gəlinən bu işdə hər soxulcana görə, 4 sent (8 AZN) verilir.


Köpəkbalığının akvariumunu təmizləmək - əgər sənin köpəkbalıqları ilə bir az da olsa, münasibətin yaxşıdırsa, onda, bu işə girişə bilərsən. Əks halda, səni gözlədiyini bilməlisən.


Ev heyvanının yeməyinin dadına baxmaq - xarici ölkələrin çoxunda imkanlı adamlar ev heyvanlarına baxmaq üçün ona dayə tuturlar. Hər saatına 8-10 dollar (13-16 AZN) verilən bu işdə arada sən də heyvanın etdiklərini təkrarlamalı olursan.


Cücənin cinsiyyətini müəyyən etmək - yumurtadan çıxdıqdan sonra cücənin cinsiyyətini müəyyən etmək çox çətindir. Amma bu işi görən insan ayda 12 min lira ( 6 min 369 manat ) qazana bilər.


Su karuselinin təhlükəsizliyini yoxlamaq - deməli işçinin vəzifəsi istirahət mərkəzindəki su karuselinin sürətini yoxlamaq və təhlükəsizliyini təmin etməkdir. Bunun üçün işçi dəfələrlə su karuselində sürüşməlidir.


Sərnişinlərə kömək etmək - metroda sıxlıq yaranan zaman hamının vaqona minməsinə kömək edən işçilər var.Bu işçilərdən xüsusilə Yaponiyanın Tokio şəhərində istifadə edilir.