ABŞ Suriyanın Rəqqa şəhərinin azad olunması və idarə edilməsi ilə bağlı planın reallaşdırılması üçün Türkiyə ilə birgə hərəkət edəcək.
Unikal.org Anadolu agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ Qərargah Rəisləri Komitəsinin sədri Jozef Danford Ankarada Türkiyə Baş Qərargah rəisi Hülusi Akarla görüşdən sonra deyib.
Qeyd edək ki, görüş 4 saat yarım davam edib.