Türkiyədə uzun müddət əvvəl törədilən cinayətin təfərrüatları məlum olub.
Unikal.org bildirir ki, bir müddət əvvəl İstanbulda Remzi Gelenler adlı şəxs it xaltası ilə küçədə boğularaq öldürülmüşdü.
Cinayətlə əlaqədar saxlanılan şəxslər məhkəmədə ilk dəfə ifadə veriblər. Onların verdiyi ifadədən məlum olub ki, 5 nəfər arasında qəribə münasibət olub. Belə ki, Remzi Gelenler birlikdə yaşadığı sevgilisi, gürcüstanlı Janetta Vaşakidzenın qızı ilə yatmaq istəyib. Qızın nişanlısı bunu öyrənib. O, Remzi ilə dalaşıb, sonra da onu boğaraq öldürüb. Qatil cəsədi basdırmaq üçün Janettanın yeni sevgilisi Hakandan yardım istəyib.(milli.az)