Macarıstan parlamenti miqrantların ökəyə girişini qadağan edən konstitusiya dəyişikliklərinə səs verməyi düşünür.

Unikal.org xəbər verir ki, baş nazir Viktor Orban hesab edir ki, səsvermə lazımdır. Çünki 3,3 milyon macar AB-nın qaçqın kvotası tələbinin əleyhinə səs verib.

Kvotaya əsasən Macarıstan rəsmi şəkildə öz ərazisində 1294 miqrant yerləşdirməlidir. Kvota ilə bağlı referendumda səs verənlərin 95%-i bunun əleyhinə çıxıb.