Avropa İttifaqı ölkələri Rusiyaya qarşı sanksiyaları genişləndirəcək.
Avropa İttifaqı ölkələrinin maliyyə nazirləri Rusiyaya qarşı yeni fərdi sanksiyaların tətbiqi ilə bağlı razılığa gəliblər. Slovakiya maliyyə naziri Peter Kazimir bildirib ki, müvafiq qərar Ukraynanın ərazi bütövlüyünə zərbə vuran addımlara qarşı məhdudlaşdırıcı tədbirlər çərçivəsində qəbul olunub.