Azərbaycanda qadın bank müştəriləri kişilərdən daha məsuliyyətlidirlər. Onlar kreditləri daha ehtiyatla götürür və daha səliqə ilə qaytarırlar.
Unikal.org fins.az-a istinadən xəbər verir ki, bu barədə 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə keçirilən mətbuat konfransında bildirilib. Azərbaycan Mikro Maliyyələşmə Assosiasiyasının (AMFA) icraçı direktoru Jalə Hacıyeva bildirib ki, ümumiyətlə qadınlar bank müştərisi kimi ehtiyatlıdırlar onlar borc götürməyə kişilər qədər həvəsli deyillər. Belə ki, əhalinin yarısı qaınlar olduğu halda bank müştərilərnin cəmi 20%, mikro kredit təşkilatlarından kredit götürənləin isə cəmi 25%-i qadınlardır. «Ümumiyytələ qadınlar borclanmaqda maraqlı deyillər. Onlar yalnız vəziyyət çox kritik olduqda və ya kreditin onlara böyük fayda gətirəcəyini başa düşəndə borc götürürlər».
Ümumilikdə mikromaliyyə qurumlarının verdiyi kreditləri cəmi 25%-i qadınların payına düşür. Qadınların götürükləri kreditlərin məbləği də aşağıdır – onlar adətən çox pul götürmürlər – əksər hallarda cəmi 1000-1500 manat.
Krelitin qaytarılması sahisində də qadınlar kişilərdən dha müsbət davranırlar. AMFA-nın Müşahidə Şurasının sədri Süleyman Məmmədov bildirib ki, ən məsuliyyətli müştərilər məhz qadınlarıdır: «Bu həm mentalitetdən irəli gəlir, həm də ümumiyyətlə qadınların məsuliyyətli olmaından». Belə ki, Azərbaycanda banklar və BOKT-lar arasında apapılan araşdırmalar göstərib ki, kişi müştərilər arasında gecikmə haları 31-32% təşkil etdiyi halda qalınlarda bu göstərici cəmi 15% təşkil edir. «Xanımlar daha məsuliyyətlidirlər və borclarını daha tez qaytarmağa çalışırlar»-deyə J.Hacıyeva təsdiqləyib.
S.Məmmədov bildirib ki, bəzən hətta kişi müştərilərin krediti qaytarmasında problemlər olduqda, evin xanımı bu barədə məlumatlandırıldıqda dərhal kreditin qaytarılmasında irəliləyişlər baş verir.
Qadın müştərilərin məsuliyyətli olmaları özünü dollar kreditlərində də göstərib. Belə ki, dolların bahalaşacağı barədə məlumatlar yayılanda qadınlar kreditləri manata çevirmək üün kişilərdən daha tez müraciət etməyə başlayıblar. Eləcə də dollar kreditlərin daha tez bağlayıblar.