ABŞ Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın seçki qərargahı Nevada ştatında səsvermə zamanı qanun pozuntularına yol verildiyinə görə məhkəməyə şikayət edib.
Unikal.org-un CNN telekanalına istinadən verdiyi xəbərə görə, şikayət seçkilərin yekun nəticəsinə təsir edə biləcək həlledici ştatlardan biri hesab edilən Nevada ştatının dairələrindən birində seçki məntəqələrinin vaxtında bağlanmaması ilə bağlıdır.
CNN telekanalı bundan əvvəl şikayətin məntəqələrin işini nəzərdə tutulmuş vaxtdan tez başlaması ilə bağlı olduğunu bildirmişdi.
Bundan başqa, Trampın qərargahı qeyd edir ki, Klark dairə seçki komissiyasının əməkdaşları səsvermənin nəticələrini təhrif etmək məqsədi ilə öz işlərini Demokratlar Partiyasının fəalları ilə koordinasiya edərək həyata keçirirlər.