Türkiyədə yaşayan 17 yaşlı İnstaqram fenomeni Anıl Ulu sevənlərini tərk edib.
Unikal.org-un türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Osmanqazi əyalətində yaşayan tələbə ürək çatışmazlığından dünyasını dəyişib. Onu dərhal xəstəxanaya aparsalar da, amma həyatını xilas etmək mümkün olmayıb.
İnstaqramda 31 min izləyicisi olan Anılın ölüm xəbəri hər kəsi kövrəldib. Onlar fenomenin dünyadan köçməsinə inanmadıqlarını bildiriblər.