Həkimlər əməliyyat etdikləri zaman çox vaxt müxtəlif hadisələrlə rastlaşırlar.
Unikal.org xarici mətbuata istinadən bu dəfə qulaq əməliyyatları edən həkimlərin gördükləri barədə məlumat verir.
1. Balaca qız dişi çıxanda onu itirməmək üçün qulağında saxlayırmış. Bir neçə vaxtdan sonra qulağından çirk gəldiyini görən valideynlər onu həkimə apardıqda həkimlərin onun qulağından çıxartdıqları iki diş hamını şoka salıb.
2.Uşağı qulağı ağradığı üçün həkimə aparırlar. Baxış zamanı onun qulaq dəliyində güvənin olduğu aşkarlanır. Güvəni qulaqdan çıxardıqdan sonra onun hələ də canlı olduğu görünür. Çünki qulaqdan çıxar-çıxmaz, o, uçmağa baçlayır.
3. İbtidai sinifdə oxuyan bir qız uşağının qulağı günü-gündən şişir. Valideynləri onun qulağında xərcəng xəstəliyinin olduğunu düşünürlər. Bu məqsədlə övladlarını həkimə aparan valideynlər, qızlarının qulağından çıxan barbi gəlinciyinin ayaqqabılarını gördükdə, gözlərinə inanmırlar. Sən demə, uşaq bir aydır ki, ayaqqabıları qulağına soxurmuş.
4. Çində bir qadın qulağı 3 gün qaşındığı üçün həkimə müraciət edir. Həkimlər onun qulağında hörümçəyin tor saldığını deyirlər. Hörümçəyi qadının qulağından çıxartdıqdan sonra zərərçəkmiş göz yaşlarını saxlaya bilmir.
5. Bir ana 3 yaşındakı oğlunu illik müayinə üçün həkimə aparır. Qulaq həkiminə də müraciət edən ana eşitdiklərinə inanmır. Həkim övladının qulağında qəribə əşyanın olduğunu deyir. Qulaqdan çıxanların "plastrin" olduğunu görəndə isə ana şoka düşür.
6. Uşaqlar əllərinə keçəni haradasa gizlətməyi sevirlər. Bu dəfə bir uşağın qulağından "leqo" çıxarılır.
7. Bir xəstə qulağının neçə vaxtdır qıdıqlandığı şikayəti ilə həkimə gedir. Həkim onun qulağından iri və canlı bir çəyirtkə çıxarır.