ABŞ-da keçirilən Prezident seçkiləri Respublikaçılar partiyasının namizədi Donald Trampın qələbəsi ilə başa çatmasına Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan münasibət bildirib.

Unikal.org xəbər verir ki, Ərdoğan deyib ki, dünya və ABŞ üçün yeni bir dövr başlayır:

"Amerika xalqı belə bir seçimi reallaşdırdı və bu seçim ABŞ üçün yeni bir dövrün başlanğıcı deməkdir. 
Ümid edirəm ki, Amerika xalqının bu seçimi dünyayada və o cümlədən ABŞ-da  xeyirli addımların atılmasına səbəb olacaq. Mən, şəxsən öz və millətim adından Amerika xalqının bu seçimini xeyirə yozaraq və müvəffəqiyyətlərlə dolu bir gələcək arzu edirəm".