Azərbaycan Mərkəzi Bankının səlahiyyətlərinin bir qismi əlindən alınaraq yeni yaradılmış Maliyyə Bazarlarına Nəzarət Palatasına verilir.
Unikal.org-un məlumatına görə, bununla bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında Mülki Məcəlləyə dəyişiklik edilib.
Dəyişikliyə əsasən məcəllənin 986-3.2.2. maddəsində (bank təminat olmadığından çekin tamamilə və ya qismən ödənilmədiyini çekin özündə qeyd etməli və ləngimədən onu çek sahibinə göndərməli, bu barədə belə çekləri imzalamış çek verənlərin reyestrini tərtib edən Azərbaycan Mərkəzi Bankına dərhal bildiriş göndərməlidir) "Azərbaycan Respublikasının Mərkəzi Bankına" sözləri "maliyyə bazarlarına nəzarət orqanı" sözləri ilə əvəz edilir.
Bildirilib ki, bununla da bu səlahiyyət yeni yaradılmış Maliyyə Bazarlarına Nəzarət Palatasına verilir.
Dəyişiklikdə bundan başqa yeni quruma "Qiymətli kağızlar (investisiya fond payı istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatına alınması" səlahiyyəti də verilməsi əksini tapıb.
 
Məcəllədə edilən digər dəyişikliyə əsasən də qiymətli kağızlarla bağlı bütün səlahiyyətlər Maliyyə Bazarlarına Nəzarət Palatasına verilir.
Sənəd Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən həyata keçirilən xüsusi əməliyyat nəticəsində Türkiyə Respublikasının vətəndaşı Mesut Uzunöz, Gürcüstan vətəndaşı Babək Qəribov  və Azərbaycan vətəndaşı Rüfət Qüdrətlidən ibarət transmilli mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirlib.
DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, araşdırmalarla müəyyən edilib ki, onlar əlbir olaraq Türkiyə Respublikasında yaşayan Yaşar Baranın tapşırığına əsasən  Azərbaycanda saxta "ucuzsepet.com" veb saytını yaradıblar.
Dəstə üzvləri həmin səhifədə onlayn alış-veriş edən Türkiyədə fəaliyyət göstərən 11 bankın 74 müştərisinin kart hesablarına sonradan qanunsuz yolla daxil olaraq oradakı pul vəsaitlərini Azərbaycan Respublikasında fəaliyyət göstərən müxtəlif banklarda adlarına açılan hesablara köçürüblər. Pul vəsaitləri Azərbaycanda nağdlaşdırılandan sonra yenidən Türkiyə Respublikasına göndərilib.
Bununla da, saxlanılan şəxslərin zərərçəkənlərə ümumilikdə 54 732 manat məbləğində ziyan vurduqları sübuta yetirilib.
Qeyd edilən fakta bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.