Rusiyanın Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovski ABŞ prezidentliyinə respublikaçı namizəd olmuş Donald Trampı qələbə münasibəti ilə təbrik edib.
 
Unikal.org xəbər verir ki, Jirinovski bir daha  hesab edib ki, ABŞ-ın yeni prezidenti Donald Tramp eynən onun özüdür. Tək bir fərqi var ki, o da puludur.
"O özü bildirib ki, eynən mənə oxşayır. Tam müstəqillik və seçki kampaniyasını öz texnologiyası ilə aparması. O, imicmekerlər dəvət etməyib, muzdla kuklaoynadanlar tutmayıb.

Rusiyalı ekstravaqant siyasətçi bildirir ki, Tramp da onun kimi "kağıza baxmadan danışır, habelə amerikalı siyasətçinin miqrantlara qarşı mübarizə barədə fikirləri onun fikirləri ilə üst-üstə düşür. "Bizim aramızda cəmi bir fərq var. Mən milyarder deyiləm - Jirinovski əlavə edib.

Partiya sədri hesab edib ki, Tramp Rusiya ABŞ arasında münasibətlərin normallaşdırılmasında müsbət rol oynayacaq.