Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker Avropa ordusunun yaradılmasının qaçılmaz olduğunu bildirib.
Unikal.org "RİA Novostiyə istiadən xəbər verir ki, bu barədə o, AFR kansleri Angela Merkelin dəvəti ilə Berlində iştirak etdiyi tədbirdə çıxışında qeyd edib.
"Biz hamımız, ilk növbədə bu ölkə (Almaniya) və bu şəhərə (Berlinə) görə amerikalılara borcluyuq. Amma uzunmüddətli perspektivdə amerikalılar avropalıların təhlükəsizliyinin qayğısına qalmayacaqlar. Bunu biz özümüz etməliyik. Buna görə də Avropa müdafiə ittifaqı haqqında məsələ gündəmə gətirilməlidir. Avropa ordusunun yaradılması qaçılmazıdır. Bu gələcəyin musiqisidir və o, artıq səslənir. Ancaq bir çox avropalılar hələ də onu eşitmirlər,-deyə Yunker bildirib.