Oxford-da çalışan bir qrup elm adamı dodaqları oxuya bilən süni zəka icad edib.
Unikal.org-un məlumatına görə, Oxford Universitetində çalışan elm adamları süni zəkanı daha irəli səviyyəyə gətiriblər. Belə ki, onlar süni zəkanın insanın dodaq hərəkətlərini izləyərək nə dediyini anlamasına nail ola biliblər. Maraqlı olan isə bu süni zəkanın insandan daha dəqiq nəticələr ortaya çıxarmasıdır. Bu süni zəkanın adı isə yerinə yetirdiyi funksiyaya bağlı olaraq LipNet adlanır. LipNet bu sahədə xüsusi təlim görmüş insanlardan 1.78 dəfə daha dəqiq nəticələr göstərir.
Yeni süni zəka əvvəlkini də geridə qoyaraq 93.4%-lik nəticə ortaya qoyub. Belə ki, bu işlə məşğul olan professional insan bu sahədə 52.3% doğruluq payına sahibdir.
Bəlkə də süni zəkadan qorxmaq daha yerinə düşən kəlimədir. Çünki LipNet sistemdə olan 3 saniyəlik, 29.000 videonu izləyərək belə nəticəyə nail ola bilib. Amma digər tərəfdən də belə texnologiya 100% nəticə əldə edə bilsə gələcəkdə eşitmə qüsurlu insanlar üçün olduqca faydalı tapıntı ola bilər.
Elm adamları texnologiyanın hələ də mükəmməl olmadığını inkişaf etdirilməli olduğunu bildirirlər.