Sevil və Sevinc bacıları aparıcısı olduqları "Hər Şey Daxil verilişində təhqiramiz ifadələr işlədiblər.
Unikal.org xəbər verir ki, bacılar müğənni Çingiz Mustafayevi təhqir ediblər. Belə ki, müğənnini efirə dəvət edərkən onun gecikdiyini görən aparıcı "Çingiz, petux hələ indi gəlir" deyib.
Bu sözlərdən sonra efirə daxil olan müğənni heç nə olmamış kimi aparıcılarla görüşüb.
Bu məsələyələ bağlı azxeber.com-a açıqlama verən Çingiz Mustafayev deyib ki, o sözü efirə gələrkən eşitməyib:
"Mənim bacılarla yaxşı münasibətim var. Belə deyəcəklərinə inanmıram. Ola bilər ki, yanlışlıq olub. Mən gərək bu görüntülərə yenidən baxım".