Müğənni Mənzurə Musayeva evinin qapılarını ARB TV-nin "Evgördü" verilişinə açıb.
Unikal.org xəbər verir ki, sevilən ifaçı maraqlı açıqlamalar verib:
"Ən çox hədiyyələrdən ətiri sevirəm. Fərqi yoxdur, ətir ən gözəl hədiyyədir. Evdə tək oluram. Amma anam hər zaman yanımda olur. Çəkilişlərdə yanımda olur. Bacım da tez-tez yanıma gəlir. Anam olmasa, elə bil həyat yoxdur. Nə qədər anamla çəkişsək də, barışırıq. Anam mahnılarımı eşidəndə ilk dəfə bəyənmir. Lirikanı sevmir. Ancaq oynaq mahnıları sevir".