Müğənni-bəstəkar Murad Arifin ailəsində ağır itki baş verib.
Unikal.org-un məlumatına görə, sənətçinin əmisi dünyasını dəyişib.
Bu haqda M.Arifin özü xəbər verib.
"Bir insanın nömrəsini yaddaşa yazarkən bu sadəcə simvollar və hərflərdir. Silərkən sanki bizi bağlayan dünya ilə vidalaşırsan. Həyat budur, qonaq gəlirsən, yaşayırsan, sevib-sevilirsən, bir gün hansısa qapıdan heç vaxt geri dönmürsən. Tək gerçək var, o da ölümdür. Əsıl başlanğıcda elə budur. Qayğıkeş, daim əzizlərindən narahat, oğullarıyla nəfəs alan, ailəcanlı bir insan - əmim Mais müəllim bizi tərk etdi. Dünyadan köçən bütün yaxşı valideynlərə rəhmət diləyirəm deyə, sənətçi bildirib.