Prezident İlham Əliyev Cəbrayıl və Laçın rayon İcra başçılarını vəzifəsindən azad edib
Unikal.org xəbər verir ki, bununla bağlı ölkə başçısı sərəncam imzalayıb. Hər iki sərəncamda deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram. Akif İsmayıl oğlu Səlimov Laçın Rayon İcra Hakimiyyətinin başçısı və Mahmud Nayfalı oğlu Quliyev Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin".