Türkiyənin tanınmış müğənnisi Ebru Gündeşlə sevgili olduğu iddia edilən futbolçu Ufuk Ceylan danışıb.
Unikal.org-un türkiyə mətbuatına istinadən məlumatına görə,"Renkli Sayfalar" verilişinə canlı bağlanan U.Ceylan xəbəri təkzib edib:
"Mənə çox ağır ittihamlar edilir. O qədər ağır ki... Altından xətt çəkərək bir daha deyirəm: İlk və son olaraq sizin verilişinizə bağlanıram. Mən evli qadınla sevgi yaşayacaq qədər abırsız, şərəfsiz biri deyiləm. Mənə edilən ittihamlara görə məhkəmə qarşısında cavab verməli olacaqlar".
Qeyd edək ki, ötən həftə Ebru Gündeş açıqlama verərək sevgili olmadıqlarını demişdi.