Bu gün Türkiyənin məşhur teatr və kino aktyoru Kamal Sunalın bu gün ad günüdür. Əli Kamal Sunal 1944-cü il noyabr ayının 11-də İstanbulda anadan olub. Xalq arasında əsasən Şaban adı ilə tanınır. Yaradıcılıq fəaliyyəti dövründə 82 filmdə çəkilib.
Unikal.org xəbər verir ki, usta sənətçi Kemal Sunal, yaşasaydı bu gün 72 yaşında olacaqdı. Məşhur komediyaçının oğlu Ali Sunal atası və bacısı Ezo Sunalla olduğu uşaqlıq fotosunu paylaşıb. O Instagram hesabından paylaşdığı fotonun önündə bunları yazıb.
"HƏMİŞƏ VAR OLACAKSIN"
"Yaxşı ki doğuldun gözəl adam, mələk adam. Yaxşı ki gəldin bu dünyaya, yaxşı ki səni tanıdıq, səndən təmizliyi saflığı öyrəndik. Yaxşı ki canım oldun, atam oldun, canım atam oldun. Yaxşı ki toxuna bildim, sarılıb öpə bildim, dizlərində yata bildim. Yaxşı ki vardın, varsan, həmişə var olacaqsan. Yaxşı ki atam... "-ifadələrini səsləndirib.
Paylaşımda 30 mindən çox bəyənmə alıb.