İtalyan-Almanəsilli Amerikalı aktyor Leonardo DiKaprionun bu gün 41 yaşı tamam olur.

Unikal.org bildirir ki, Leonardo Vilhelm DiKaprio 11 noyabr 1974-cü ildə ABŞ-ın Kaliforniya ştatının Los Anceles şəhərində dünyaya gəlib. Atası Corc DiKaprio yumor növündəki kitabların distrübütörü, anası Irmelin Indenbirken isə uşaqlıq illərində Oer-Erkenschvick, Almaniyadan Amerikaya yerləşmiş bir ailənin qızı idi. Leonardoya hamiləliyi əsnasında, bir gün məşhur rəssam Leonardo da Vinçinin İtaliyadakı sərgisində olan və oğulunun qarnına ilk təpiyini orada hiss edən Indenbirken, ad mövzusunda kifayət qədər ilham almışdı. DiKaprio hələ bir yaşındaykən ana atası boşandı və vəlayəti anasına verildi. Uşaqlığında beysbol kartlarıyla və yumor kitablarıyla maraqlanan DiKaprio, tez-tez atasıyla muzey ziyarətlərində olurdu və babasıyla nənəsinin yaşadığı Almaniyaya gedirdi. Aktyorluqla maraqlanmağa başlayan DiKaprio reklam filmlərində oynamağa başlamışdı. Bir süd markası üçün kamera qarşısında keçdiyində DiKaprio 5 yaşında idi. Hələ 12 yaşındaykən kast agentliklərinə müraciət edən DiKaprio, qəbul edildiyi bir agentlik tərəfindən adının Lenni Uilyams olaraq dəyişdirilməsi şərtini rədd etdi.

Müəllimi Jakues Uilliamsdan çox təsirləndiyi John Marşal High Schooldan məzun olduqdan sonra Los Angeles Center for Enriched Studiesdə davam edən Kaprionun aktyorluq karierası 1989-cu ildə Parenthood adlı TV filmiylə başladı. Film çəkilişləri əsnasında ən yaxın yoldaşlarından biri olacaq Tobey Maguire ilə tanış oldu. Eyni il məşhur soap opera Santa Barbarada rol aldıqdan sonra 1991-dən 1992-ə qədər Growing Pains adlı TV serialında evsiz cavan Luke Brouer xarakteriylə tamaşaçı qarşısına çıxdı. İlk əhəmiyyətli rolu 1991-dəki Critters 3 filmindəki Josh xarakteri olan Kaprio, 1993-də məşhur oyunçu Robert De Niro ilə eyni filmdə oynama şansına nail olur. This Boy-™s Life-™daki performansıyla New York Film Critics və the National Society of Film Critics tərəfindən olduqca müvəffəqiyyətli olan Caprio, yenə eyni il What's Eating Gilbert Grape? filmindəki aktyorluğuyla hələ 19 yaşındaykən ən yaxşı köməkçi kişi oyunçu oskarına namizəd göstərilmişdi. 1995-də Total Eclipsedə daha əvvəl River Phoenix üçün düşünülən ancaq Phoenixin ani ölümüylə özünə verilən homoseksual şair Arthur Rimbaud rolunu canlandırdı. Eyni il eroin asılısı bir basketbolçunu canlandırdığı The Basketball Diariesdə ulduzu daha çox parlamağa başlayan Caprio, məşhur rejissor Baz Luhrmann-™ın da marağını çəkməyə başlamışdı. Luhrmannın, William Shakespearenin bütün zamanlara meydan oxuyan əsəri Romeo+Juliet'i 1990-cı illərə uyğunlaşdırdığı istehsalında Claire Daneslə baş rolları paylaşan gənc aktyoru artıq bütün dünya tanıyırdı. Gənc qızların sevgilisi, Hollywoodun yeni idealı, ən böyük partlamasını Ceyms Cameronun Titanic filmiylə yaşayacaqdı. 1997-ci il aktyorun həyatında yeni bir səhifə açdı. Belə ki, Titanik filmində baş rolda yer alan Kaprio dünyanın sevimlisinə çevrildi.

1998-də Alexandre Dumas père'nin romanı olan The Man in the Iron Mask filmində Jeremy Irons, John Malkovich və Gérard Depardieu kimi aktyorlara bilrikdə çəkildi. Eyni il çılpaq fotoşəkillərini icazəsiz istifadə etdiyi səbəbiylə Playboy jurnalını məhkəməyə verdi. Söz-söhbətlərə görə fotoşəkillər, Total Eclipsenin çəkilişləri əsnasında aktyorun məlumatı xaricində çəkilmiş və mətbuata verilmişdi. İddia Kaprioya ödənən və məbləği açıqlanmayan bir təzminatla bağlandı. People jurnalı onu dünyanın ən gözəl 50 insanından biri olaraq siyahısına əlavə etdi.

2000-ci ildə Danny Boylanın daha əvvəl Ewan McGregor üçün düşündüyü rolu The Beachda Kaprio qazandı. Bir il aradan sonra ən yaxşı yoldaşlarından biri olan Tobey Maguirelə baş rolları paylaşacaqları Don's Plum üçün kamera qarşısında idi.

2002 Kaprio üçün olduqca şanslı bir il olacaqdı. Çünki oyunçu həm yaşayan ən yaxşı rejissor qəbul edilən Martın Scorsesenin Gangs of NewYork filmində Daniel Day-Lewislə birlikdə iş fürsəti tapacaq həm də məşhur Braziliyalı model Gisele Bündchenlə eşq yaşamağa başlayacaqdı. Ən yaxşı rejissorların kamerasında ulduzu da daha da parlayan Kaprio, 2002-ci ildə Steven Spielbergin də Catch Me If You Can filmində baş rol üçün düşündüyü ad oldu. Kaprio 2004-də Demokrat Partiyaya qatılıb il boyunca John Kerryə seçki kampaniyasında dəstək verdi. Eyni zamanda qlobal istiləşmə və ətraf mövzusundakı həssas tutumuyla və işləriylə də tanınan aktyor, mövzuyla əlaqədar bir çox iclasa qatıldı.

2005-də üç il birlikdə olduğu sevgilsi Bündchendən ayrıldı və anasıyla birlikdə Los Angeles Public Libraryın yanında Leonardo DiCaprio Computer Center adında bir mədəniyyət mərkəzi qurdu.

Scorseze Kaprio ortaqlığı The Aviator filmiylə davam etdi. 5 namizdəddə oskar alan film, oyunçusuna və rejissoruna mükafat gətirməsə də bu vəziyyət 2 il sonra dəyişəcəkdi. Çünki The Departed sonunda Martın Scorseseyə ən yaxşı rejissor oskarını qazandırdı.

DiKaprio son olaraq Edward Zwickin 5 oskar namizədi olan filmi Blood Diamondda kamera qarşısına keçmiş və olduqca müvəffəqiyyətli olmuşdu. 2016 da Oscar aldı.