Sənət aləminin tanınmış simaları hər zaman efirdə mahnı oxuyub, oynayan yerdə görünür. Amma tamaşaçılar bəzi hallarda onların kövrəlib, ağladığının da şahidi olur.
Unikal.org efirdə ağlayan tanınmışların siyahısını təqdim edir:
Xalq artisti Aygün Kazımovabir müddət əvvəl "Həyat tərzi" verilişində göz yaşlarını saxlaya bilməyib. Müğənni həyatı ilə bağlı hazırlanan süjeti izləyib, ağlayıb.
Xalq artisti Məleykə Əsədovaatasının ad günündə dünyasını dəyişdiyini danışıb, ağlayıb.
Əməkdar artist Röya Ayxan"Asan radioda qonaq olarkən, ayrıldığı sevgilisini xatırlayıb, kövrəlib.
Müğənni Ayan Babakişiyevada efirdə ağlayan tanınmışlardandır. Türkiyəyə köçən ifaçı sonuncu dəfə Bakıya gələndə qonaq olduğu verilişlərdən birində ağlayıb.
Əməkdar artist Naibə Allahverdiyevaverilişlərin birində şeir söyləyib və ağlayıb.
Müğənni Fədayə Laçınbir dəfə proqramda atasız böyüdüyündən danışıb, kövrəlib.
Müğənni Sevda Sanəliyevaanasının ölümünü xatırlayıb, ağlayıb. O, "Allah anamı alıb, mənə övlad verdi deyib.
Rəqqasə Fatimə Fətəliyevada efirdə göz yaşlarını saxlaya bilməyən tanınmışlardan olub. Ərəb rəqsi oynadığına görə hələ də utandığını deyən, sənətçi göz yaşlarını saxlaya bilməyib.
axşam.az