Cümhuriyyət Xalq Partiyasında (CHP) bu gün toplanan Partiya Məclisi minlərlə üzv haqqında yekun qərar verib.

Unikal.org-un Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Partiya Məclisinə təqdim olunan hesabatda 1 noyabr 2015-ci il tarixli Parlament seçkilərində CHP-nin ümumiyyətlə səs toplamadığı seçki məntəqələriylə bağlı araşdırma aparılıb. Həmin ərazilərdə qeydiyyatda olan CHP üzvlərinin kimliyi müəyyənləşdirilib.

Aşkar edilən 3896 şəxsin adları üzv olduqları rayon rəhbərliklərinə göndərilib. Təşkilatlardan də bu məsələnin araşdırılması tələb olunub. Aparılan araşdırmalardan sonra 19 oktyabr 2016-ci il tarixli iclasda müvafiq üzvlüklərin dayandırılması qərarı səs birliyi ilə qəbul olunub. Bu qərar rayon rəhbərliklərinə bildirilərək 15 günlük etiraz müddəti başladılıb. Sonradan gələn nəticələr də nəzərə alınaraq həmin şəxslərin üzvlükləri dayandırılıb.